Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Ukrayna, İran və ABŞ-la münasibətləri müzakirə edəcək.

Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putinlə Si Cinpin arasında çay süfrəsində beynəlxalq mövzular - Ukrayna, İran, ABŞ-la münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

Kremlin rəsmisi Çin tərəfinin bütün beynəlxalq problemlərlə maraqlandığını, Pekinin beynəlxalq məsələlərdə çox böyük rol oynadığını vurğulayıb.

.