Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.

Bu gün Azərbaycan millisi növbəti matçını keçirib.

Yığma saat 12:45-də Andorra ilə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Famil Xəlilovun yetirmələri qələbə qazanmağı bacarıblar.

Komanda günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Görüş saat 19:30-da başlayacaq.

Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib.

.