Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazırdır.

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Tərəfdaşlarımız nə qədər istəsələr, o qədər də tədarük etməyə hazırıq. Biz istənilən həcmdə yanacaq tədarük edə bilərik”, – Rusiya rəsmisi vurğulayıb.

Novak əlavə edib ki, Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükünə dair sövdələşmənin elan olunmasından sonra dünya bazarında neftin qiyməti 5–6 faiz ucuzlaşıb.

.