İranın xarici işlər naziri Abbas Əraqçi Fransa Prezidenti Emmanuel Makronu ölkəsinə qarşı aparılan müharibəyə töhfə verməkdə günahlandırıb.
APA xəbər verir ki, Əraqçi bu barədə “X” hesabında yazıb.
O qeyd edib ki, “onun kimilərinin səbəb olduğu müharibəni günahlandırmaq üçün çox gecdir”.
“Cənab Makron iranlılara qarşı törədilən vəhşilikləri alqışladığını ABŞ Prezidentinə bildirməklə öz seçimini etdi”, - iranlı nazir vurğulayıb.
Əraqçi bildirib ki, Fransa ictimaiyyəti toplaşmaq azadlığı da daxil olmaqla genişmiqyaslı dəyişikliklər tələb edir.
“Cənab Prezident, Fransanın gələcəyinə qulaq asın”, - İran XİN rəhbəri əlavə edib.
.
