ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla razılaşma əldə olunana qədər İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində olmadığını bildirib.
O, bu barədə Endryus aviabazasında jurnalistlərə açıqlamasında bildirib.
“Onlar sazişi imzalamayana qədər heç bir güzəştə getməyəcəyəm” - Tramp deyib.
Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ tərəfi İrana heç bir təklif irəli sürməyib.
.
