"Rusiya və Çin Ukrayna münaqişəsinin dialoq və danışıqlar yolu ilə həllinin tərəfdarıdırlar. Ölkələr BMT Nizamnaməsinin prinsiplərinə əsaslanaraq böhranın köklü səbəblərinin tam şəkildə aradan qaldırılmasının vacibliyinə əmindirlər və Ukraynada davamlı sülhün bərqərar olması üçün bütün səyləri dəstəkləyirlər".

Bu barədə Rusiya ilə Çin arasında imzalanan hərtərəfli tərəfdaşlığın və strateji qarşılıqlı əlaqənin daha da gücləndirilməsi və mehriban qonşuluq, dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında birgə bəyanatda bildirilib.

Qeyd olunub ki, Çin və Rusiya hərbi əməkdaşlıq mexanizmlərini təkmilləşdirəcəklər.

"Ölkələr silahlı qüvvələri arasında dostluğu möhkəmləndirməyə və müxtəlif çağırışlara və təhdidlərə birgə cavab verməyə davam edəcəklər.

Rusiya və Çin ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarını beynəlxalq hüququn pozulması və Yaxın Şərqdə sabitliyin pozulması hesab edir. Ölkələr münaqişə tərəflərini danışıqlara çağırırlar.

Rusiya və Çin arasındakı münasibətlər blok və yaqarşıdurma xarakteri daşımır və üçüncü ölkələrə qarşı yönəlməyib.

Rusiya və Çin suverenliyə qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında münasibətlər inkişaf etdirirlər.

Rusiya Federasiyası və Çin sivilizasiya müxtəlifliyini müdafiə edir, mədəni suverenliyi dəstəkləyir və ideologiya sahəsində qarşılıqlı mübarizə aparmır.

Ölkələr ən yüksək səviyyədə sıx əlaqə saxlayacaq və hökumətləri arasında effektiv əməkdaşlığı təmin edəcəklər", deyə bəyanatda bildirilib.

 

Fərid Əkbərov

.