ABŞ dövlət katibi Marko Rubio Hindistana səfəri çərçivəsində Baş nazir Narendra Modi ilə danışıqlar aparıb.

Bu barədə Hindistanın "News18" kanalı məlumat yayıb.

Rubio ABŞ Prezidenti Donald Trampın adından Modini yaxın gələcəkdə Birləşmiş Ştatlara səfər etməyə dəvət edib.

Öz növbəsində, ABŞ-nin Hindistandakı səfiri Sercio Qor sosial şəbəkələrdə bildirib ki, Rubio və Modi arasında danışıqlar zamanı iki ölkə arasında təhlükəsizlik, ticarət və qabaqcıl texnologiyalar sahələrində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub.

.