İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Polşaya girişinə qadağa qoyulacaq.
Bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Maçey Vevyur sosial şəbəkələrdə bildirib.
"Polşanın xarici işlər naziri Radoslav Sikorski israilli nazir Ben-Qvirin öz hərəkətlərinə görə Polşaya girişinə qadağa qoyulması üçün Daxili İşlər Nazirliyinə müraciət edib", - deyə Vevyur bildirib.
Qeyd olunub ki, mayın 20-si İsrail XİN hərbi dəniz qüvvələrinin Qəzza zolağına humanitar yardım aparan "Sumud" flotiliyasının 430 fəalını saxladığını bəyan edib. Onların arasında dörd Polşa vətəndaşı var. Ben-Qvir həmçinin həbs edilmiş fəallarla görüşmək üçün Aşdod limanına gedib.
.
