Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymaq üçün son tarix təyin etməsi ilə bağlı məlumatları təkzib edib.

 Peskov "Bloomberg"ə şərhində bu məlumatın yalan olduğunu bildirib.

Qeyd edək ki, "Bloomberg" öz mənbələrinə istinadən Putinin Donbas üzərində tam nəzarəti ələ keçirmək şərti ilə bu ilin sonuna qədər münaqişəyə son qoymaq istədiyini yazıb. Mənbənin sözlərinə görə, Moskva həmçinin Avropa ilə Rusiyanın yeni ərazilərini effektiv şəkildə tanıyacaq daha geniş təhlükəsizlik müqaviləsi əldə etməyə çalışır.

.