Avropa İttifaqı (Aİ) Ukraynaya dəstəyi davam etdirir və 6 milyard avroluq dron dəstəyi paketinin formalaşdırılmasını başa çatdırır.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkə hesabında yazıb.
"Biz 6 milyard avroluq dron dəstəyi paketinin formalaşdırılmasını başa çatdırırıq və getdikcə daha sərt sanksiyalar vasitəsilə Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi qoruyub saxlayırıq", – o qeyd edib.
.
