Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün danışıq qəfil baş verməyəcək.
LRT xəbər verir ki, bu barədə Litvada səfərdə olan Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirib.
“Zelenski və Putin arasında danışıq ildırım kimi qəfil baş verməyəcək, amma əgər Rusiya həqiqətən hazırdırsa, Ukrayna da hazır olardı”, — Budanov bildirib.
O, Ukraynanın mövqeyini bir daha vurğulayıb: “Ukrayna dəfələrlə bəyan edib və sübut edib ki, biz müharibənin bitməsinin və sülhün tərəfdarıyıq. Bu, rəsmi mövqeyimizdir. Biz döyüşlərin dayandırılmasını istəyirik. Sülh zəiflik deyil, sağlam düşüncənin göstəricisidir”.
Bu açıqlamalar Slovakiya Baş naziri Robert Fitsonun “əgər Volodimir Zelenski Vladimir Putinlə görüşmək istəyirsə, o, birbaşa Kremlin rəhbəri ilə əlaqə saxlamalıdır” bəyanatına cavab olaraq səsləndirilib.
.
