Slovakiyanın Baş naziri Robert Fitso Moskvaya səfəri zamanı Ukraynanın liderlər səviyyəsində danışıqlara hazır olması ilə bağlı mövqeyini Rusiya Prezidenti Vladimir Putinə çatdıra bilər.

Ukrayna mediasının xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Dmitri Litvin jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Zelenski və Fitso arasında söhbət zamanı müharibənin başa çatmasının mümkün yolları müzakirə olunub.

“Ukrayna Prezidenti vurğulayıb ki, Kiyev müharibəni ədalətli şəkildə başa çatdırmağı hədəfləyir və əgər onlar praktik məna daşıyacaqsa və konkret qərarlara yol aça bilsələr, liderlərin görüşlərinə hazırdır”, - Litvin qeyd edib.

.