Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 16-sı Ukrayna üçün bəyanatlara baxılması üzrə Beynəlxalq Komissiyanın təsis edilməsi haqqında Konvensiyanın imzalanmasında iştirak edəcək.
Yenizaman "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbərinin müavini İqor Jovkva məlumat verib.
Məlumata görə, Beynəlxalq Komissiya Avropa Şurasının himayəsi altında yaradılacaq.
Bəyanatların baxılması üzrə Komissiya yalnız onları nəzərdən keçirib qiymətləndirəcək və onlar üzrə qərarlar qəbul edəcək. Eyni zamanda kompensasiyanın məbləğini müəyyən edəcək. Beynəlxalq kompensasiya mexanizminin üçüncü addımı - kompensasiya fondu ilə bağlıdır.
Bəyanatların baxılması üzrə Beynəlxalq Komissiya Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunaldan müstəqil fəaliyyət göstərəcək.
.
