ABŞ tərəfindən İranın enerji ixracına qoyulan süni maneələr bütün qlobal iqtisadiyyatı təhdid edir.
Yenizaman-nın Moskva bürosu xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunda çıxışı zamanı bildirib.
O vurğulayıb ki, Vaşinqtonun Fars körfəzindəki fəaliyyəti qiymət şoklarına səbəb olur və qlobal iqtisadi artımı sarsıdır.
Pezeşkian əlavə edib ki, İrana qarşı dəniz və hava blokadası şəklində iqtisadi terrorizm praktikası beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
.
