Bağdadda diplomatik nümayəndəliklərin yerləşdiyi “Yaşıl zona” üzərində dronlar vurulub.
“Reuters“in xəbərinə görə, ABŞ səfirliyinin Hava Hücumundan Müdafiə sistemləri əraziyə yaxınlaşan iki dronu müəyyən edib.
Dronlar zərərsizləşdirilib, PUA-nın qalıqları üzərində iş aparılır.
Qeyd edək ki, bundan əvvəl İranın dəstəklədiyi qruplaşmalar “Yaşıl zona”da ABŞ səfirliyinə dron hücumları həyata keçirib.
.
