Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu, dələduzluqda ittiham olunan Sultan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yenizaman xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama görə, Sultan Qasımov Rusiya Federasiyası vətəndaşı Anton Zayatsa Sankt-Peterburqda 6 sot torpaq sahəsini hərrac yolu ilə onun adına keçirəcəyinə dair yalan vəd verərək ona 191 min 500 manata yaxın ziyan vurub. O, Rusiyada yaşayan Anton Zayatsa ib.
İstintaq materiallarına görə, təqsirləndirilən Sultan Qasımov digər zərərçəkmiş Rusiyada yaşayan Faiq Mikayılovdan 10 min 200 manat alıb. O, pul müqabilində həmin şəxsin Hindistandan gələrkən gətiridiyi qızıl-zinət əşyalarının gömrük nəzarətindən keçirilməsini həll edəcəyinə dair söz verib. Həmin pulun bir qismi təqsirləndirilən şəxsin tanışı Bakıda Faiq Mikayılovun yaxınından alıb. Təqsirləndirilən şəxs həmin məbləği də şəxsi ehtiyaclarına xərcləyib.
Məhkəmənin növbəti iclası 1 dekabra təyin olunub.
Qeyd edək ki, sabiq Baş konsul barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib. Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıb. Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib. Belə ki, Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib. Bundan əlavə, digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyi ilə bağlı söz verib.
Ona Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.
Sultan Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb. O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsul vəzifəsinə təyin edilib. O, 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.
.
