"Real”ın "göz bəbəyi” Kriştiano Ronaldo komandayla ümumi məşqlərə başlayıb.
Publika.az xəbər verir ki, Avropa çempionatının finalında zədələnən portuqaliyalı ulduz futbolçu ikiaylıq sıradan çıxmışdı. O, uzun aradan sonra komandayla ilk məqşinə çıxıb və hislərini "Tvitter” səhifəsində yazıb: "Komandayla ilk məşq, çox sevincliyəm. Bu şəkilə baxmaq çox xoşdur”.
Özünü yaxşı hiss etsə də, Ronaldonun İspaniya çempionatının 3-cü turunda "Osasuna”yla matçda iştirakı təsdiqlənməyib.
* Fotolar:






