ABŞ Prezidenti Donald Tramp nüvə silahı olan dövlətlərin liderləri ilə yaxşı münasibətlərin qorunmasının vacibliyini vurğulayıb.
Ağ Ev rəhbəri bu barədə Ohayo ştatında mitinqdə deyib.
Tramp qeyd edib ki, ondan 23-25 sentyabrda ABŞ-də dövlət səfərində olan Çin Sədri Si Cinpinlə niyə bu qədər dost olduğunu soruşublar.
"Məgər böyük ölkələrin, nəhəng nüvə güclərinin liderləri ilə yola getmək əla deyilmi? Yaxşı münasibətlərə sahib olmaq əla deyilmi?" - ABŞ Prezidenti soruşub.
O, həmçinin Şimali Koreya lideri Kim Çen Inla da yaxşı münasibətlər saxladığını bildirib.
.
