Şimali Koreya orta mənzilli strateji raketin sınağını keçirib.

Reuters xəbər verir ki, sınağı ölkə lideri Kim Çen In şəxsən izləyib. Şimali Koreyanın KCNA dövlət agentliyinin məlumatına görə, raket ölkənin şərq hissəsindən buraxılıb və dənizdə təxminən 1000 kilometr məsafədə yerləşən hədəfi vurub.

Bildirilib ki, təlim hipersəs strateji silah sistemlərini idarə edən hərbçilərin hazırlığının yoxlanılması, həmçinin ölkənin çəkindirmə imkanlarının etibarlılığının və effektivliyinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Cənubi Koreya ordusu raketin 700 kilometrdən çox məsafə qət etdiyini açıqlayıb.

Kim Çen In bildirib ki, Pxenyan strateji hücum silahlarının etibarlılığını və döyüş qabiliyyətini artırmağa davam etməlidir. O, nüvə çəkindirmə potensialının gücləndirilməsini ölkənin təhlükəsizliyi üçün vacib adlandırıb.

Şimali Koreya 2026-cı ilin əvvəlindən indiyədək 10-dan çox raket sınağı həyata keçirib.

.