“Gürcüstan TRIPP marşrutunu rəqib kimi nəzərdən keçirmir”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanılın “Açıq efir” proqramında deyib.
Onun sözlərinə görə, səbəb Orta Dəhliz üzrə yük dövriyyəsi artmasıdır.
“2020-ci ildən bəri Orta Dəhliz üzrə yük dövriyyəsi yeddi dəfə artıb və bu da yeni infrastrukturun yaradılmasını zəruri edir. Hökumət məhz bu istiqamətdə fəal iş aparır”, - deyə, Baş nazir əlavə edib.
Kobaxidze qeyd edib ki, Gürcüstan TRIPP və ya hər hansı digər marşrutun ölkə ərazisindən keçən ənənəvi marşrutlar üçün ciddi təhlükə yaratdığını hesab etmir.
.
