Körfəz Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələr 2025-ci ildə xarici işçilərin ölkədən göndərdiyi pul köçürmələrinin həcminə görə dünyada birinci yeri tutub.
QNA xəbər verir ki, GCC ölkələrindən xaricə göndərilən pul köçürmələrinin ümumi həcmi təxminən 161 milyard dollara çatıb. Bu, əvvəlki illə müqayisədə 13,6 faiz və ya 19 milyard dollar çoxdur.
Hesabatda artım xarici işçi qüvvəsinə tələbatın davam etməsi, infrastruktur layihələrinin genişlənməsi, xidmət, sənaye və qeyri-neft sektorlarının böyüməsi ilə əlaqələndirilib.
Müqayisə üçün, ABŞ-dan xaricə işçi köçürmələri 107 milyard, İsveçrədən 43 milyard, Almaniyadan 27 milyard, Fransadan isə 21 milyard dollar təşkil edib.
.
