Venesuelanın vitse-prezidenti Delsi Rodrigesin Rusiyada olduğu açıqlanıb.
Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
APA-nın Moskva bürosunun xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Venesuela vitse-prezidentinin Rusiyada olması ilə bağlı məlumatın feyk olduğunu açıqlayıb.
Bildirilib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Venesuela vitse-prezidenti Delsi Rodrigez ilə telefon danışığı aparıb. Lavrov Rusiyanın Venesuela xalqı ilə güclü həmrəyliyini ifadə edib.
.
