Rumıniya Azərbaycanla güclü strateji tərəfdaşlığı bir daha təsdiqləyir və enerji, nəqliyyat da daxil olmaqla bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə tam sadiq qalır.

Bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik mesajında deyilir.

Nazir paylaşımında Azərbaycan hökuməti və xalqına “sevinc dolu bayram və davamlı firavanlıq” arzulayıb.

Rumıniya XİN rəhbəri həmçinin Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi nəqliyyat marşrutunun regional bağlantının genişlənməsinə Rumıniya və Azərbaycanın strateji töhfəsi olduğunu vurğulayıb.

.