İspaniya millisinin və "Barselona”nın sabiq futbolçusu Xavi Hernandez Kataloniya klubuna qayıtmaq ehtimalından danışıb.
Qol.az-ın məlumatına görə, hazırda Qətərin "Əl-Sədd” klubunda çıxış edən 36 yaşlı yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında hələlik Barselonaya getməyə tələsmədiyini bildirib:
"İndi "Barselona”ya qayıtmaq üçün çox tezdir. Çünki bir müddət də stressdən uzaq olmalıyam. Qətərdə daha iki il qalmaq istəyirəm”.
Xavi bir gün "Barselona”nı çalışdırmaq istədiyini də gizlətməyib: "Bəli, "Barselona”nın baş məşqçisi olmağı xəyal edirəm. Getdikcə məşqçi olmaq istəyim daha da artır”.
Qeyd edək ki, ispaniyalı futbolçu 1998-2015-ci illərdə "Barselon”nın şərəfini qoruyub. O, 17 il ərzində "Barsa”da 505 oyuna çıxıb və 58 qol vurub.
.
