İranın Ali dini lideri Əli Xameneinin müşaviri Əli Şəmxani ABŞ prezidenti Donald Trampın təhdidinə cavab verib.

О bu barədə özünün “X” hesabında yazıb.

“İran xalqı Amerikanın “xilas etmək” təcrübəsinə yaxşı bələddir- İraq və Əfqanıstandan Qəzzaya qədər. Hər bir müdaxiləçi əl, hər hansı bir bəhanə axtarmaqla İranın təhlükəsizliyinə yaxınlaşsa, İrana çatmazdan əvvəl peşmanedici bir cavabla kəsiləcək. İranın milli təhlükəsizliyi qırmızı xətdir, avanturist tvitlərin meydanı deyil”,- Şəmxani qeyd edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp ölkəsinin İrandakı etirazçılara kömək etməyə hazır olduğunu elan edib.

.