Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfəri çərçivəsində Qarabağ Universitetini ziyarət edib.

Ziyarət zamanı qonaqlar universitetin infrastrukturu, müasir tədris imkanları və hüquqşünaslıq ixtisasının fəaliyyəti ilə yaxından tanış olublar.

Ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov rəhbərlik etdiyi qurumun inkişaf strategiyası və əsas hədəfləri, xüsusilə yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması barədə məlumat verib.

Daha sonra hüquqşünaslıq ixtisasının tələbələri ilə görüş keçirilib.

Görüşdə çıxış edən VK sədri Anar Bağırov ölkədə fəaliyyət göstərən vəkillik institutu, həyata keçirilən islahatlar və gənc hüquqşünaslar üçün yaradılan geniş imkanlar barədə danışıb.

O, tələbələrin vəkil qurumlarında təcrübə keçməsi, elmi-praktiki layihələrə və təqaüd proqramlarına cəlb olunması istiqamətində Kollegiyanın gördüyü işləri diqqətə çatdırıb.

Tədbirdə həmçinin VK-nın Ağsaqqallar Şurasının sədri İkram Kərimov və Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov çıxış edərək tələbələrlə öz zəngin peşə təcrübələrini bölüşüblər, onlara peşə etikası və dürüstlük prinsipləri barədə dəyərli tövsiyələr veriblər.

Görüşün sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

.