“COVID-19 pandemiyası artıq başa çatmaq üzrədir”.

Bunu bu gün IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” mövzusunda paneldə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Əksər ölkələrdə yoluxmanın aşağı səviyyəyə düşdüyünü qeyd edən ÜST Baş direktoru vurğulayıb ki, yalnız aşağı gəlirli ölkələrdə bu problem qalmaqdadır: “İlk növbədə səhiyyə işçiləri, 60 yaşdan yuxarı şəxslərin daxil olduğu kateqoriyaların peyvəndlənməsi zəruridir”.

Qebreyesus ölkələri ÜST-ə maliyyə dəstəyini artırmağa çağırıb

“Heç bir ölkə pandemiyalarla təkbaşına mübarizə apara bilməz”.

Bunu bu gün IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” mövzusunda paneldə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

ÜST baş direktoru deyib ki, ümumdünya səhiyyə sisteminin gücləndirilməsi vacibdir və təşkilat bununla bağlı tövsiyələrini verib: “Dayanıqlı səhiyyə xidmətlərinin göstərilməsi lazımdır. ÜST-ün sahədə kifayət qədər potensialı var və ölkələrdə ÜST-ün şəbəkəsinin yaradılmasını vacib sayırıq. Bu sahədə ÜST-ə dövlətlərin maliyyə vəsaitləri ayırması vacibdir. ÜST-ə hər il yüz milyonlarla dollar vəsait lazımdır ki, aşağı gəlirli ölkələrə lazımi dəstək verə bilsin. ÜST bu maliyyə vəsaitlərinin və xidmətlərinin idarə edilməsi sahəsində məsuliyyəti öz üzərinə götürə bilər. Bu maliyyə vəsaitləri ilə bağlı bir Fond yaradıla və bu fond ÜST-ün strukturuna daxil ola bilər. Biz ÜST-ün büdcəsinin 50 faiz artırılması barədə qərar qəbul etmişik. ÜST yüksək səviyyəli beynəlxalq məsləhətçiləri bir araya gətirərək ölkələrdə təxirəsalınmaz tibbi yardımların təşkil edilməsinə töhfəsini verə bilər”.

.