ABŞ lideri Donald Tramp "Fox News" telekanalına açıqlamasında bildirib ki, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə, böyük ehtimalla, hazırdır.
Jurnalist Trey İnqst "Fox News" telekanalının efirində deyib:
"Mən prezidentə Baş Assambleya ilə bağlı sual verdim. İran Prezidenti Məsud Pezeşkian da orada olacaq. Mən ondan İran lideri ilə görüşə açıq olub-olmayacağını soruşdum. O isə cavabında belə bir görüşə, böyük ehtimalla, açıq olduğunu bildirdi".
.
