İspaniyanın "Barselona" futbol klubu "Kamp Nou" stadionunda yenidənqurma işləri başa çatdıqdan sonra komandanın keçmiş hücumçusu Lionel Messinin şərəfinə tədbir keçirməyi planlaşdırır.
Xarici mediaya xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Joan Laporta məlumat verib.
Klub rəhbərinin sözlərinə görə, təşkil olunacaq mərasim argentinalı hücumçuya ehtiramı ifadə edəcək. İspaniya təmsilçisinin arenadakı bərpa işlərini 2028-ci ilin əvvəlinə qədər yekunlaşdıracağı gözlənilir.
Qeyd edək ki, L.Messi 2003–2021-ci illərdə "Barselona"da çıxış edib. O, Kataloniya komandası ilə 10 dəfə İspaniya çempionu və 4 dəfə Çempionlar Liqasının qalibi olub. 2023-cü ildən "İnter Mayami"də oynayan təcrübəli forvard daha əvvəl Fransanın PSJ klubunda da forma geyinib.
