Ukrayna Rusiya Silahlı Qüvvələrinin "Oreşnik" raketi ilə Lvova zərbə endirməsindən sonra BMT-nin təcili iclasının keçirilməsinə təşəbbüs göstərir.

Bu barədə ölkənin xarici işlər naziri Andrey Sibiqa bəyan edib.

"Avropa İttifaqı və NATO sərhədi yaxınlığında belə bir zərbə Avropa qitəsinin təhlükəsizliyinə ciddi təhdid yaradır və transatlantik birlik üçün bir sınaqdır. Biz Rusiyanın məsuliyyətsiz hərəkətlərinə cavab olaraq qətiyyətli tədbirlərin görülməsini tələb edirik. Biz Birləşmiş Ştatları, avropalı tərəfdaşlarımızı, eləcə də bütün ölkələri və beynəlxalq təşkilatları diplomatik kanallar vasitəsilə bu təhlükəli hücumun təfərrüatları barədə məlumatlandırırıq. Biz beynəlxalq addımlara - BMT Təhlükəsizlik Şurasının təcili iclası, Ukrayna-NATO Şurasının iclası, həmçinin Avropa İttifaqı, Avropa Şurası və ATƏT çərçivəsində cavab tədbirlərinə təşəbbüs göstəririk", - o bildirib.

.