Ukrayna hərbi kəşfiyyatı Krımda Rusiya ordusunun An-26 təyyarəsini və iki radiolokasiya stansiyasını məhv edib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “Telegram” kanalında əməliyyatın video görüntülərini paylaşıb.

Əməliyyat zamanı pilotsuz uçuş aparatları An-26 hərbi-nəqliyyat təyyarəsini və S-300/S-400 hava hücumundan müdafiə komplekslərinin “gözləri” rolunu oynayan iki radiolokasiya sistemini məhv edib.

.