Avropa Çempionatı vaxtı kütləvi iğtişaşlarda iştirak edən ingiltərəli iki azarkeş həbs olunub. Onlardan birinə iki, digərinə üç aylıq həbs cəzası verilib.

AzNews.az xəbər verir ki, İngiltərə və Rusiya yığmaları AÇ-2016-dan uzaqlaşdırılmaqdan son anda qurtulublar. UEFA adıçəkilən millilərin azarkeşləri tərəfindən xuliqanlıq hərəkətləri davam edəcəyi halda bu qərarı qəbul edəcək.

Beynəlxalq qurum Marseldəki toqquşmalardan sonra hər iki ölkəyə xəbərdarlıq edib. Qurum Rusiya Futbol İttifaqına qarşı intizam işi də açıb.

Qeyd edək ki, Davaya qarışmasına baxmayaraq, rusiyalı azarkeşlər arasında günahlandırılan yoxdur. 

İğtişaş zamanı 35 nəfər yaralanıb. Bunlardan 4-ü ağır vəziyyətdədir.

Xatırladaq ki, İngiltərə və Rusiya yığmaları arasında oyun iyunun 11-də baş tutub. Matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. 
.