Türkiyənin Hatay vilayətində zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarolunması Agentliyi (AFAD) məlumat yayıb.
4,2 bal gücündə zəlzələnin episentri Hatayın Antakya rayonu olub.
Yeraltı təkanın hiposentri (yeraltı ocağı) 7 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin Hatayın digər rayonlarında da hiss olunduğu deyilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.
.
