Ankara Venesueladakı vəziyyəti diqqətlə izləyir və böhranın həllində vasitəçilik etməyə hazırdır.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Biz Venesueladakı son hadisələri diqqətlə izləyirik. Türkiyə Venesuelanın sabitliyinə və Venesuela xalqının rifahına önəm verir", - bəyanatda vurğulanıb.

Nazirlik ölkədə mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizlik üçün mənfi nəticələrə gətirib çıxarmasının qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırıb:

"Biz Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində həlli üçün istənilən konstruktiv yardımı göstərməyə hazırıq. Karakasdakı səfirliyimiz Venesueladakı türk vətəndaşları ilə davamlı əlaqə və lazımi koordinasiyanı davam etdirir", - XİN əlavə edib.

.