Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında əldə olunmuş razılaşma çərçivəsində Türkiyə və Ermənistan diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosedurunun asanlaşdırılması barədə qərar qəbul edilib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hər iki ölkənin diplomatik, xidməti və xüsusi pasport sahibləri 2026-cı il yanvarın 1-dən etibarən ödənişsiz şəkildə elektron viza (e-viza) ala biləcəklər.

"Bu münasibətlə Türkiyə və Ermənistan iki ölkə arasında normallaşma prosesini tam normallaşma hədəfi ilə, heç bir ön şərt irəli sürmədən davam etdirmək öhdəliklərini bir daha təsdiq edirlər",-deyə məlumatda qeyd olunub.

.