Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniya xarici işlər naziri Yohann Vadefulla Rusiya–Ukrayna müharibəsini müzakirə edib.

Bu barədə Almaniyada səfərdə olan Türkiyə XİN başçısı Hakan Fidan görüşdən sonra keçirilən mətbuat konfransında məlumat verib

“Ukrayna mövzusunda ətraflı fikir mübadiləsi apardıq. Bu sahədəki konstruktiv fəaliyyətimizi davam etdirəcəyik. Rusiya tərəfinin razılaşma ilə bağlı yeni addımları var, bunları dəyərləndirdik. Atəşkəsin bir an əvvəl təmin olunması üçün iradəmizi ortaya qoyduq”, – deyə Hakan Fidan qeyd edib.

.