Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmini 100 milyard dollara çatdırmağın əsas hədəflərdən biri olduğunu bildirib.
Ərdoğan ticarət həcminin artırılmasında Orta Dəhlizin rolunu xüsusi vurğulayıb.
“Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmini 100 milyard dollara çatdırmağı hədəfləyirik”, - Ərdoğan deyib.
O qeyd edib ki, Orta Dəhliz Türk dövlətləri arasında ticarət axınını daha da sürətləndirəcək.
.
