Türkiyə Rusiya və Ukraynanı enerji infrastrukturunu müharibəyə qatmamağı və enerji axınlarının fasiləsiz davam etməsini təmin etməyə çağırıb.
Bu barədə “Reuters“ Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktara istinadən məlumat yayıb.
“Ümid edirik ki, bu dəhşətli müharibə sona çatacaq. Amma bu gündən etibarən Rusiya və Ukraynaya çağırış edirik ki, enerji infrastrukturumuzu bu müharibəyə qarışdırmasınlar”, - nazir Türkiyənin Qara dəniz sahillərində tankerlərə baş verən bir sıra hücumdan sonra bildirib.
“Biz enerji axınlarının fasiləsizliyini təmin etməliyik”, – o əlavə edib və Qazaxıstan neftinin 80%-dən çoxunun nəql olunduğu Xəzər Neft Boru Kəməri Konsorsiumu (CPC) kimi marşrutların təhlükəsiz olmalı olduğunu vurğulayıb.
.
