Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Hələb şəhərində aparılan əməliyyatlardan xəbərdardır.

Bu barədə yerli KİV-in Türkiyə təhlükəsizlik qüvvələrinin qaynaqlarına istinadən məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyənin sərhəd qonşusu olan Suriyada baş verən bütün proseslər milli təhlükəsizlik prioritetləri çərçivəsində yaxından izlənilir.

“Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırıqları əsasında Milli Kəşfiyyat Təşkilatı (MİT) hadisələrin sülh yolu ilə həlli üçün Suriya Hökuməti və ABŞ ilə daim əlaqə saxlayır, SDQ-yə də müvafiq mesajlar ötürür. Prezident Ərdoğan proseslə bağlı anbaan məlumatlandırılır. Hadisələr Xarici İşlər və Milli Müdafiə nazirlikləri ilə koordinasiyalı şəkildə, Türkiyənin təhlükəsizlik prioritetləri çərçivəsində izlənilir. MİT əməkdaşları isə bölgədə 24 saat rejimində fəaliyyətdədir”, - məlumatda vurğulanıb.

.