ABŞ Prezidenti Donald Tramp yanvarın sonunda büdcə razılaşdırılmasa, hökumətin fəaliyyətinin yenidən dayandırıla biləcəyini (şatdaun) istisna etməyib.
Yenizaman xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, tərəfdarları qarşısında çıxış edərkən bildirib.
"Yanvarın 30-da tətil, növbəti şatdaun ola bilər", - deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, büdcə ilə bağlı razılaşmalar tibbi xərclər məsələsinə gəlib dirənir, müxalifət isə respublikaçıların siyasəti ilə razılaşmır. "Çünki demokratlar tamamilə sığorta şirkətlərinin nəzarəti altındadırlar", - deyə prezident əlavə edib.
"Onlar sadəcə hökumətin fəaliyyətini dayandıracaqlar", - deyə Tramp yekunlaşdırıb.
.
