ABŞ Prezidenti Donald Tramp süni intellektin tənzimlənməsi və ABŞ-ın bu sahədə Çinlə rəqabəti məsələsinə münasibət bildirib.
Tramp bu barədə özünün “Truth Social” hesabında paylaşım edib.
“Çox güclü və ağıllı (yüksək IQ-lu!) prezident süni intellektə lazım olan yeganə nəzarət və ya “çərçivə”dir. ABŞ-ın belə prezidenti var və bunu dəfələrlə sübut edib.
Tramp administrasiyası Dario (Anthropic!) kimi süni intellekt sahəsində fəaliyyət göstərən şəxslərin pis və ya potensial olaraq pis işlər görməsinin qarşısını alıb və bunu davam etdirəcəyik. Bu şirkətlər üzərində artıq böyük cinayət və tənzimləyici səlahiyyətlərimiz var.
Süni intellekt və məlumat mərkəzlərinə qarşı bir sui-qəsd gedir və bundan yalnız Çin məmnundur. Süni intellekt sahəsində kim qələbə qazansa, qalib gələcək! Biz Çindən və bütün digərlərindən öndəyik və belə də davam edəcəyik.
Sui-qəsd nəzəriyyəçiləri, dövlətə xəyanət edənlər, xainlər və məlumat sızdıranlar – ehtiyatlı olun!”, – Tramp vurğulayıb.
.
