“Fənərbaxça” baş məşqçi İsmail Kartalla yollarını ayırıb.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

İstanbul klubunun rəhbərliyi 65 yaşlı mütəxəssisin istefasını qəbul edib.

Kartal ötən gün UEFA Çempionlar Liqasının liqa mərhələsində “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında vəzifəsindən getdiyini açıqlamışdı. Buna baxmayaraq, klub prezidenti Aziz Yıldırım həmin gecə istefanı qəbul etmədiyini və məşqçinin vəzifəsində qalacağını bildirmişdi.

Lakin Kartal bu gün “Fənərbaxça”nın məşqinə qatılmayıb. Futbol direktoru Oğuz Çetin və futboldan məsul idarəçi Cihan Kamer təcrübəli mütəxəssisi fikrindən daşındırmaq üçün onun evinə gediblər. Görüşdən sonra da Kartal qərarını dəyişməyib.

Beləliklə, tərəflər arasında əməkdaşlıq rəsmən sona çatıb.

Qeyd edək ki, İsmail Kartal 2026-cı ilin iyununda dördüncü dəfə “Fənərbaxça”nın baş məşqçisi təyin edilmişdi. O, komandanı 2008/09 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə çıxarıb.

.