Hazırda Azərbaycan qrip virusuna yoluxma təsdiqlənməyib.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, hazırda müşahidə olunan xəstəlik kəskin respirator viruslarıdır:

"İnsan eyni zamanda həm koronavirusa, həm də qripə yoluxa bilər. Bu zaman daha ağır nəticələrə gətirib çıxara bilər. Hər iki xəstəliyin əsas zərbə vurduğu orqan ağciyərlərdir. Ona görə də vaksinasiya olunmaq lazımdır".

.