Tailandda yarasalarda koronavirusun yeni ştamı aşkar edilib, eyni zamanda, insanlara yoluxma halları qeydə alınmayıb.
TASS-ın xəbərinə görə, bu barədə ölkənin İqtisadiyyatda və Cəmiyyətdə Rəqəmsal Texnologiyalar Nazirliyindən məlumat verilib.
"Tailand İqtisadiyyatda və Cəmiyyətdə Rəqəmsal Texnologiyalar Nazirliyi Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Departamenti ilə əməkdaşlıq çərçivəsində Tailandda yarasalarda yeni koronavirusun aşkarlandığını təsdiqləyir. Hazırda insanlara yoluxma halları aşkar edilməyib. Tədqiqatlar göstərir ki, bu virus ştamı COVID-19-dan daha az patogenliyə və yoluxuculuğa malikdir. Bundan əlavə, COVID-19 peyvəndləri xəstəliyin şiddətini azaltmaqda effektiv olaraq qalır. Xəstəliyin yayılma təhlükəsi aşağıdır", - deyə nazirliyin "Facebook" hesabında bildirilib.
.
