“Son 21 il ərzində may ayında normadan yüksək temperatur rejimi 16 il ərzində müşahidə edilib. 5 il ərzində bu göstərici normadan 3.2 dəfə yüksək olub”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, 5 il ərzində isə may ayında hava belə qeyri-sabit keçib: “Ən soyuq may ayı 2003-cü ildə olub. Həmin ilin may ayında temperatur cəmi 5 dərəcə olub ki, bu da qış fəslinə uyğundur”.

Xidmət rəisi deyib ki, bu cür anomal hava göstəricisi iqlimin istiləşməsi və iqlim dəyişmələrinin təzahürüdür:

“Azərbaycanda may ayında qarlı hava şəraiti sonuncu dəfə 2010-cu ildə müşahidə edilib. O zaman həm Xınalıq, həm də Şahdağda qar qeydə alınmışdı. Bu il mayın birinci 10 günlüyündə isə qar örtüyü daha hündür, 18 sm-ə qədər olub”.

.