Slovakiya ilk dəfə olaraq Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsinə qarşı çıxdığı üçün Avropa İttifaqı Şurasının nəticələrini rədd edib.
Bu barədə Slovakiyanın Baş naziri Robert Fitso jurnalistlərə bildirib.
"Slovakiya ilk dəfə olaraq Avropa İttifaqı Şurasının Ukrayna ilə bağlı qərarını dəstəkləməkdən imtina etdi, çünki o, hərbi xərclərin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılığına malikdir. Ukraynanın silaha ehtiyacı yoxdur ", - Baş nazir qeyd edib.
Onun sözlərinə görə, Aİ daxilində bloklanmış Rusiya aktivlərinin Ukraynaya potensial köçürülməsi ilə bağlı Aİ üzv dövlətləri arasında ciddi fikir ayrılıqları mövcuddur. Baş nazir vurğulayıb ki, "bu, böyük risklər yaradır".
.
