ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpini Endryuz hərbi hava bazasında şəxsən qarşılayacaq.
B barədə “Financial Times” qəzeti məlumat yayıb.
Bildirilir ki, bununla da, 64 ildir riayət olunan protokol qaydası pozulmuş olacaq.
“Bu, 1962-ci ildə Con Kennedinin Böyük Britaniyanın Baş naziri Harold Makmilanı uçuş-enmə zolağında qarşılamasından sonra ABŞ Ali Baş Komandanının bir dünya liderini bu bazada şəxsən qarşıladığı ilk hal olacaq”, - nəşr yazıb.
Qəzet bu jesti dərin hörmət nümayişi kimi təqdim edib.
Xatırladaq ki, Si Cinpin 23-25 sentyabr tarixlərində ABŞ-yə dövlət səfəri edəcək.
.
