Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin Hadramut bölgəsində BƏƏ tərəfindən dəstəklənən Cənubi Keçid Hökumətinə məxsus hərbi bazanı ələ keçirib.

Bu barədə “Aljazeera” kanalına istinadən xəbər verir.

Qeyd edək ki, Yəməndə 10 ildən artıqdır ki, vətəndaş müharibəsi gedir.

Husilər ölkənin şimal hissələrinə, Səudiyyə-BƏƏ dəstəkli qüvvələr isə Yəmənin cənubuna nəzarət edir.

Buna baxmayaraq, BƏƏ Yəməndən müstəqillik tələb edən separatçılara (Cənubi Keçid Hökuməti) dəstək göstərməkdə ittiham olunur.

BƏƏ bir neçə gün əvvəl Yəməndə hərbi mövcudluğunun sona çatdığını elan edib.

.