Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında bağlanan müdafiə müqaviləsi özlüyündə göstərir ki, Pakistan Cənubi Asiyada təhlükəsizlik və sabitlik zəmanətçisidir.
Bunu Pakstanın Azərbaycandakı səfiri Qasim Mohiuddin Pakistanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.
Pakistan səfiri İran və ABŞ arasında imzalanan anlaşma memorandumu ilə bağlı danışarkən qeyd edib ki, regionda davam edən gərginliklərdə Pakistan yenə də öz mühüm rolunu oynayıb:
"Bizim köməyimiz və məsləhətlərimiz sayəsində müharibənin qarşısı müəyyən qədər alındı. Biz hələ də sülh yolu ilə həll variantının tapılmasına çalışırıq”.
.
