Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərlə bağlı danışıqların növbəti raundu keçirilib.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, ABŞ ilə məsləhətləşmələrin növbəti raundunun keçirildiyini təsdiqləyib.

Sergey Ryabkov bildirib ki, Rusiya və ABŞ nümayəndələri ikitərəfli münasibətlərdə “qıcıqlandırıcı faktorlar” üzrə məsləhətləşmələrin növbəti raundunu keçiriblər.

Nazir müavininin sözlərinə görə, görüşdən sonra irəliləyiş minimal olub.

Ryabkovun fikrincə, növbəti raund yazın əvvəlində baş tuta bilər.

 

 

.